Sənay Qəhrəmalıya təcavüzdə ittiham olunan xalası oğlu saxlanıldı - FOTO
19 Oktyabr 2021 22:35 KriminalSiyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmalıya cinsi təcavüzdə ittiham olunan Əsgər Ağayev saxlanılıb.
Bu barədə S.Qəhrəmanlının anası Zümrüd Yağmur məlumat yayıb.
Xatırladaq ki, bir müddət əvvəl tanınmış siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib. O, hadisənin 1 il əvvəl baş verdiyini yazıb. S.Qəhrəmanlı hadisədən iki gün sonra polisə şikayət etdiyini bildirib:
"İstintaq ərzində sübutların toplanılması üçün bütün lazımi addımları atmışam".
S.Qəhrəmanlının iddiasına görə, xalasıoğlu ona tərkibi bəlli olmayan içki içirdib və daha sonra təcavüz edib.
Sənay Qəhrəmanlı xalası oğlunun törətdiyi əməli etiraf etdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31