Arvadını öldürən kişi intihar etdi
18 Oktyabr 2021 16:13 KriminalMersində yaşayan Fettah Çağlar adlı bir vətəndaş, arvadını yatarkən bıçaqlayıb, öldürdükdən sonra, 3-cü mərtəbədəki evlərinin eyvanından tullanaraq intihar edib.
Olaylar.az xəbər verir ki, Fettah Çağların səhər saatlarında həyat yoldaşı Hadika Çağları yatarkən bıçaqladığı iddia edilib. Çağlar daha sonra özünü üçüncü mərtəbədən ataraq intihar edib.
Hadisə yerinə gələn 112 qrupları, Fettah Çağlar və həyat yoldaşı Hadika Çağların öldüyünü təyin edib.
4 övladı olan cütlüyün cəsədləri ekspertiza üçün Ədli Tibb İnstitutuna göndərilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31