Üç uşaq anasının meyiti suvarma quyusunda tapıldı
15 Oktyabr 2021 13:33 KriminalAntalyanın Gazipaşa rayonunda əkinçiliklə məşğul olan 49 yaşlı Ünzüle Uçak, 10 metr dərinliyində bir quyuda ölü tapıldı.
Olaylar.az xəbər verir ki, uzun müddət evdən çıxan Ünzüle Uçakdan xəbər ala bilməyən yaxınları ona mobil telefonla zəng edib. Telefona cavab verilməyəndə qohumları Uçakın istixanasının yerləşdiyi əraziyə gediblər. Ətrafda axtarış aparan qohumları, qadının torbasını istixanadan 100 metr, suvarma quyusundan 1 metr aralıda görüblər.
Qadını 10 metr dərinlikdə olan quyuda üzü üstə uzanmış görən qohumları 112-yə zəng ediblər. Hadisə yerinə gələn sağlamlıq və xilasetmə qrupları, qadının quyuya düşərkən öldüyünü təyin ediblər.
Xilasedicilər iplə quyuya enərək, təxminən 1 saat sonra Uçakın cəsədini quyudan çıxarıblar. 3 qız anası olan Uçakın cənazəsi Qazipaşa Dövlət Xəstəxanası morquna aparılıb.