Sumqayıtda qətl: 29 yaşlı gənc öldürüldü
11 Oktyabr 2021 10:17 KriminalOktyabrın 10-u saat 04 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 1992-ci il təvəllüdlü Tural Abdulovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Olaylar.az Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla 1994-cü il təvəllüdlü Sənan Hacının aralarında yaranmış mübahisə zamanı Tural Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sənan Hacı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. (sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31