Gecə yarı evə gələn sevgilidən dəhşətli - Yuxuda olan zaman... - VİDEO

Türkiyədə 42 yaşlı kişi yuxuda olan sevgilisinin üzünə kimyəvi maddə tökərək həmin yerdən uzaqlaşıb.

Olaylar.az Xəzər TV-yə istinadən bildirir ki, iddialara görə, Yasemin Uzunçelebi ağrıdan yatağından tullanaraq özünü həyətə atıb. Qonşular qadının səsinə gələrək polis və ambulans xidmətini çağırıblar.

Dərhal hərəkətə keçən ərazi üzrə polis qüvvələri şübhəli 42 yaşlı Mehmed Yıldızı şəhəri tərk edən zaman yaxalayıblar. Məlum olub ki, cinayətkar 16 fərqli cinayət hadisəsindən axtarışda imiş. Hazırda fakt ilə bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31