Evi qarət edən şəxslər ələ keçdilər
6 Oktyabr 2021 15:55 KriminalSabunçu rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a bildirilib ki, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də rayon ərazisindəki evlərin birindən 5280 manat dəyərində kondisioner, televizor, məişət əşyaları, təmir-tikinti alətləri və 20 kisə sement oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Daşdəmirov, Q.Məmmədov və Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş E.Nəcəfov saxlanılmışlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31