Avtomobildə narkotik vasitə aşkarlandı
4 Oktyabr 2021 12:53 KriminalQərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Volvo" markalı nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verlən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib. Gömrük baxışı zamanı avtomobilin salonundakı yataq yerinin altında, kağıza bükülü halda gömrük nəzarətindən gizlədilən, ümumi çəkisi 6,4 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31