Azərbaycan əsilli iş adamı Telman İsmayılov Monteneqroda saxlanılıb.
Axşam.az xəbər verir ki, bu barədə Monteneqronun "Viesti" portalı məlumat yayıb.
"Çerkizov bazarı"nın keçmiş sahibi olan T.İsmayılov beynəlxalq order əsasında saxlanılıb. O, iki biznesmenin öldürülməsini təşkil etməkdə təqsirləndirilir. İttiham iş adamına 11 noyabr 2017-ci il tarixində irəli sürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31