İki uşağını güllələyən qadın- "Onları cənnətə göndərmək istədim"-FOTO

ABŞ-da reseptli dərmanlardan istifadə etdiyi öyrənilən 24 yaşlı gənc qadın 2 və 6 yaşlarında iki uşağını güllələyib. Qatil qadının yaxın məsafədən vurduğu qızı ölərkən, oğlu hələ də həyatı üçün mübarizə aparır. Dəhşətli hadisənin baş verdiyi gün, ilk müdaxilə edənlər gördükləri səhnənin heç vaxt ağlından çıxmayacağını söylərkən, qatil ana isə "onları cənnətə göndərmək istədim" deyərək özünü müdafiə edib.

Olaylar.az xəbər verir ki, ABŞ-ın Arizona əyalətində yaşayan 24 yaşlı Esther Callejas, iki uşağını öldürdüyü üçün mühakimə olunur. Övladlarını qətlə yetirən qadın, 2 yaşlı qızını yaxın məsafədən vurduğunu və 6 yaşlı oğluna 3 dəfə atəş açdığını etiraf edib. İki uşağını vuran qadının daha sonra intihara cəhd etdiyini, ancaq güllələrin tükəndiyini deyən qadın, məqsədinin uşaqlarını cənnətə göndərmək olduğunu söyləyib

Məlumatlara görə, vəziyyəti ağır olan 6 yaşlı uşaq hələ də həyatı üçün mübarizə. Hadisə yerinə gələn polis məmurlarından biri, xəstəxanaya gedənə qədər ilk yardım qruplarının uşaqlara CPR etdiyini söyləyib.

Silahı qətl günündən bir neçə gün əvvəl uşaq otağında gizlətdiyini deyən qadın, silahı uşaqlarına çevirməzdən əvvəl də sınaq atəşi açıb. Yerli qəzet, 2 yaşlı Eperanza Isidronun xəstəxanada öldüyünü açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31