Arvadını vəhşicəsinə öldürdü, sonra PKK -ya qoşulmaq istədi

Kocaelidə həyat yoldaşı Hatice Senemin başına sərt cisimlə vuraraq öldürən Mehmet Şenemin cinayətdən sonra qaçmaq üçün terror təşkilatı PKK -ya qoşulmaq istədiyi müəyyən edilib.

Olaylar.az xəbər verir ki, Derince mahalı Fatih Sultan Məhəlləsi Şen Sokakda meydana gələn hadisədə 3 illik evli və 9 aylıq körpəsi olan Hatice-Mehmet Senem cütlüyü naməlum səbəbdən mübahisə ediblər. Mehmet Şenem mübahisə əsnasında evdəki sərt bir əşya ilə həyat yoldaşının başından vurub.

Qonşular evdən gələn səs-küy səbəbi ilə polisə şikayət ediblər. Evə gələn sağlamlıq səlahiyyətliləri, Hatice Şenemin nəzarət zamanı öldüyünü təyin edib. Polis qaçan Mehmet Şenemi evinin yaxınlığında tutaraq nəzarətə götürüb. İlkin ekspertiza zamanı Hatice Şenemin başından aldığı zərbələr nəticəsində beyin travması keçirdərək öldüyü müəyyən edilib.

Mehmet Şenem ifadəsində həyat yoldaşı ilə anlaşa bilmədiklərini, davamlı mübahisə etdiklərini, son mübahisəsində başına sərt bir cisimlə vurduğunu, ancaq neçə dəfə vurduğunu xatırlamadığını söylədi. Ədliyyəyə göndərilən Senem, gətirildiyi məhkəmə orqanı tərəfindən həbs edildi. Mehmet Senemin cinayətdən sonra qaçmaq üçün Pkk terror təşkilatına qoşulmaq istədiyi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31