Prokurorluq arvadını güllələyən polislə bağlı məlumat yaydı
30 Sentyabr 2021 12:27 KriminalBaş Prokurorluq polisin arvadını güllələyərək öldürməsi ilə bağlı məlumat yayıb. Baş prokurorluğun mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, sentyabrın 30-da Xanım Məmmədovanın qəsdən öldürülməsi barədə məlumat daxil olub: "Aparılan araşdırmalarla zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyənləşib. Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb". Rəsmi məlumata görə, İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb ediliib, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.