Bakıda dəhşətli qətl: Polis əməkdaşı şöbədə həyat yoldaşını öldürdü
30 Sentyabr 2021 11:47 KriminalBu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alır. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.
Bu barədəOlaylar-a DİN-dən məlumat verilib.
İ.Məmmədov saxlanılıb.
Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31