Hacıqabul sakinindən metamfetamin aşkarlanıb
25 Sentyabr 2021 10:25 KriminalHacıqabul sakinindən metamfetamin aşkarlanıb.
Olaylar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan trendə verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Rəşad Cəfərov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Faktla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31