5 günlik evli cütlüyün davası ölümlə nəticələndi-FOTO
24 Sentyabr 2021 14:06 KriminalHatayda Sentyabrın 18 -də evləndiyi Zeynep Yonca Sönmezlə dava edən Mehmet Sönmez bıçaq yarası ilə aparıldığı xəstəxanada dünyasını dəyişdi. İfadəsi alınan Sönməz, evdən çıxmaq istəyəndə həyat yoldaşının onu bıçaqladığını iddia edib.
Olaylar.az xəbər verir ki, iddialara görə, Zeynep Yonca Sönmezin evdən çıxmaq istəyi davaya çevrilib. Şikayətdən sonra hadisə yerinə polis və təcili yardım qrupları gəlib. İlk yardım göstərilən yaralı, bütün müdaxilələrə baxmayaraq təcili yardımla aparıldığı Dörtyol Dövlət Xəstəxanasında dünyasını dəyişib. Mehmet Sönmezin cəsədi ekspertiza sonrası yaxınları tərəfindən təhvil alınaraq, Dörtyol məzarlığında dəfn edilib.
Hadisə ilə əlaqədar başladılan istintaq çərçivəsində ifadəsi alınan Zeynep Yonca Sönmez, evdən çıxmaq istəyəndə ərinin "getsən özümü öldürəcəm" söylədiyini iddia etdi. Açıqlamasından sonra Zeynep Yonca Sönməz sərbəst buraxılıb. Mehmet Sönmezin ölümü ilə bağlı başladılan istintaq davam edir.