Rusiyada daha bir tələbə qətliamının qarşısı alınıb

Rusiyanın Krasnoyarsk diyarının Krasnoturanski rayonundakı Cənub Aqrar texnikumunda oxuyan 18 yaşlı tələbə öz qrup yoldaşlarını öldürməyi planlaşdırıbmış.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, faktla bağlı cinayət işi başlanıb, FTB məlumatı təsdiqləyib.
Bildirilir ki, o, cinayət barədə 2020-ci ildə düşünüb, cari ilin sentyabr ayında isə həyata keçirmək istəyib. Bu məqsədlə aerozol və patronlardan silah hazırlayıb, həmçinin bıçaqdan istifadə etməyi fikirləşib.
İstintaqın versiyasına görə, qanlı plana səbəb gəncin onu alçaldan və təhqir edən tələbə yoldaşları ilə münaqişəsi olub. Hazırda gənc psixoloji xəstəlik şübhəsi ilə regional psixonevroloji dispanserdə müayinə olunur.

İstintaq aparılır, onun həbs olunması məsələsi müzakirə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31