Bakıda pirotexnik məmulatların səyyar satışı ilə məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Xırdalan şəhəri ərazisində səyyar ticarətlə məşğul olan Eldar Məhərrəmovdan 6900 ədəd yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31