Dekabrın 14-də Şəmkir şəhəri ərazisində şəhər sakini Rəhim Ağayev münaqişə zəminində həmyerlisi Süleyman Quliyevə bıçaqla xəsarət yetirib. DİN-dən verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş S.Quliyev dekabrın 15-də orada ölüb. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayev tutulub. Araşdırma aparılır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31