Samuxda oğurluqla məşğul olan dəstə zərəsizləşdirilib
15 Dekabr 2016 15:36 KriminalDekabrın 14-nə keçən gecə Samux rayonunun Çobanabadlı kəndində yaşayan Ceyhun Məmmədovun evindən 500 manat pul və 4000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Samux RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Qarabağlar kənd sakinləri Mərifət Uğurlu, Sahil Hüseynov və Səbuhi Qurbanov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31