Oğrunun çantasından silah çıxdı

Dekabrın 13-də Goran qəsəbəsi ərazisində rayon sakini Rasim Süleymanova məxsus mağazadan oğurluq edilib. DİN-dən verilən məlumata görə, Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Hümbət Əhmədov tutulub. Onun çantasına baxış zamanı "Makarov" markalı tapança, 15 ədəd patron və 2 ədəd silah lüləsi aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31