32 yaşlı gənc Girdman çayında batıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonu, Namazgah kəndi ərazisindən keçən Girdiman çayında (ən yaxınlıqdakı məntəqədən 160 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1974-cü il təvəllüdlü, Kərimli Kamal Rəhman oğlunun cəsədi batdığı yerdən 10 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31