Şəmkir rayonunda vətəndaşa məxsus 3 otaqlı mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağında 5 kv.m sahədə tavan yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31