Bakıda inzibati bina yanıb
19 May 2016 17:09 KriminalSuraxanı rayonunda inzibati binada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda 50 kv.m sahədə məişət tullantıları yanmış və yüksək temperaturdan yaxınlığında ümumi sahəsi 70 kv.m olan inzibati binanın girişinin lambirdən ibarət tavanı 2 kv.m sahədə ərimişdir. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31