Xətaidə 4 otaqlı ev yanıb
19 May 2016 17:08 KriminalBakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 110 kv.m olan birmərtəbəli, 4 otaqlı evin dəhlizinin tavanı 4 kv.m, dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə və ona bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31