Zərdab sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Zərdab RPŞ əməkdaşları tərəfindən rayon sakini Elşən Qədimova məxsus "VAZ-2106" markalı avtomobilə baxış zamanı 458,14 qram marixuana, ona məxsus digər "VAZ-21011" markalı avtomobilə baxış zamanı isə avtomat silahı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31