Keçmiş məhkumdan “Naqan” tapançası götürülüb

Bakı şəhər sakinində"Naqan" tipli tapança aşkar edilib. DİN-dən verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Abbasovdan kustar üsulla hazırlanmış "Naqan" tipli tapança və 12 ədəd patron götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31