Sarayda kafedə adam bıçaqlayana hökm oxundu
10 Mart 2016 17:06 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə adam bıçaqlamaqda təqsirli bilinən Tural Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Trend-in məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tural Ağayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən il Abşeron rayonunda qeydə alınıb. Saray qəsəbəsində yerləşən "Qatar" kafesində müştərilər Ağayev Arif Abdulla oğlu və Ağayev Tural Azər oğlu arasında mübahisə yaranıb. Mübahisə zamanı Tural Ağayev bıçaqla A.Ağayevə xəsarət yetirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31