Mənzillərə qənim kəsilən dəstə ifşa edilib

DİN-dən verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Bakı şəhər sakini Orxan Seyidbəyliyə məxsus mobil telefonu soyğunçuluq yolu ilə almış Zərdab rayon sakini İlkin Əhmədli tutulub. Həmçinin martın 1-də oğurluq etdiklərinə görə tutulmuş Cavid Sultanlının və Ziya Zamanovun ətrafında Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakinləri Şamil Əliyev, Ceyhun Şirəliyev və Emil İsmayılovla birgə cari il yanvarın 3-dən fevralın 29-dək olan müddətdə paytaxt sakinləri T.Dalayevə, H.Həşimova, E.Lütfəliyevə və M.Ələkbərovaya məxsus evlərdən pul və qızıl əşyalar oğurlamaları da müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirlərilə Ş.Əliyev, C.Şirəliyev və E.İsmaylov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31