İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarışı alınıb
9 Mart 2016 14:44 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi "Scania" markalı sərnişin avtobusundakı yüklərə rentgen qurğusu ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, baxış zamanı avtobusun yük yerindən boşaldılan üzəri dəri örtüklü yastığın içərisindəki parça və sellofan kəsiklərinin arasında kürə formalı 1 ədəd kütlə aşkar olunub. Həmin kütlə açıldıqda isə içərisində üzəri toz halında istiotla örtülü daha bir kürə formalı bükümdə, xalis çəkisi 495 qram olan narkotik vasitə - tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31