Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, martın 8-də saat 23 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Elvin Verdiyev idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31