İqtisadiyyat

Gəlir vergisinin ləğvi işləyənlərin maaşına təsir edəcək?

2 Noyabr 2018 15:22

Təklif edilən dəyişikliklərə görə, gələn ildən aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək. Bu o deməkdir ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşların böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də, sosial vergi ödəyəcək. İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırkı gəlir vergisi dərəcəsindən az proqnozlaşdırılsa da, ikirəqəmli olacağı gözlənilir. Bəs sosial ödənişlər neçə faiz olacaq? Dəyişiklik əmək haqlarına necə təsir edəcək? Növbəti ildən ölkə üzrə tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta ödənişləri də sosial ödənişlərə daxildirmi?