Abonentlərin sayı 2 164 319-a çatıb
2018-ci ilin yanvar-oktyabr ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 70 468 yeni abonent qeydiyyata alınıb ki, bunun da 41 400-ü Bakı, Abşeron və Sumqayıt, 29 068-i isə regionlar üzrədir.
13 Noyabr 2018 12:57 İqtisadiyyat2018-ci ilin yanvar-oktyabr ayları ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 70 468 yeni abonent qeydiyyata alınıb ki, bunun da 41 400-ü Bakı, Abşeron və Sumqayıt, 29 068-i isə regionlar üzrədir. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.
Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərmişdir. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 164 319-a çatıb.