Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə noyabrın 16-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
13 Noyabr 2018 13:06 İqtisadiyyatNəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə noyabrın 16-da Bərdə şəhərində Bərdə, Yevlax, Tərtər və Ağdam rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək. Nazirliyin ictimaiyyətlə əlaqə sektorundan "OLAYLAR"-a bildirilib ki, vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar