Almaniyada sakinlərə küçəyə çıxmamaq tövsiyə olunub

Almaniyanın Frankfurt-Mayn şəhərinin cənub-şərqində xlorid turşusu buxarının sızması baş verib.

Sızma Qrishaym sənaye bölgəsində olub.

Hadisə ilə əlaqədar yanğınsöndürənlər Qrishaym və Nid bölgələrində sakinlərə pəncərələri bağlamağı və küçəyə çıxmamağı tövsiyə edib.

Göstərilən ərazidə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Hazırda kimyəvi maddənin ətraf mühitə yayılmasının ölçülməsi işləri həyata keçirilir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31