İqtisadiyyat
UNEC ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlığa başlayır
UNEC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Olaylar.az bildirir ki, sənədin imzalanmasında məqsəd tərəflər arasında faydalı əlaqələrin genişləndirilməsi, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin meydana çıxmasına, biznes subyektlərinin maarifləndirilməsinə, UNEC-in elmi araşdırma mərkəzləri tərəfindən biznes üçün tədqiqat və təhlillərin aparılması barədə birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır
Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.
Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
Kəndli satdığı məhsulun ödənişini “Fermer kartı” ilə alacaq
Dövlət Aqrar Ticarət Şirkətinin təşəbbüsü və “Kapital Bank”ın dəstəyi ilə kənd təsərrüfatı məhsulları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinə yetişdirdikləri məhsulların dəyəri nağd şəkildə deyil,
Vergi islahatları əhaliyə və sahibkarlara nə vəd edir?
Vergi Məcəlləsinə hansı vacib dəyişiklik təklif olunur? Zamanın iqtisadi gerçəkliklərinə hər zaman çevik münasibəti ilə fərqlənən ölkəmizdə son illər həyata keçirilən qabaqlayıcı iqtisadi-sosial siyasət nəticəsində belə qlobal böhranların fəsadları minimallaşdırılıb. Neft gəlirlərinin ölkənin qeyri-neft sektorunda alternativ gəlir mənbələrinin yaranmasına yönəldilməsi istiqamətində aparılan işlər, bu sahəyə xarici investisiyaların cəlb edilməsi, işgüzar mühitin və biznesin fəaliyyəti üçün yaradılan şərait Azərbaycanın müxtəlif böhranların uzunmüddətli təsirlərinə qarşı dayanıqlı iqtisadi bazasının formalaşmasına imkan verib.
DOST konsepsiyası və “e-sosial” internet portalının təqdimatı olub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin - DOST Agentliyinin konsepsiyasının, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılmış “e-sosial” internet portalının, nazirliyin yeni loqosunun və rəsmi internet səhifəsinin (www.sosial.gov.az) təqdimat mərasimi keçirilib.
Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri dəyişdiriləcək
Noyabrın 23-dən Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri müvəqqəti olaraq dəyişdiriləcək. “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, qeyd edilən gün səhər saatlarından ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında təşkil edilən Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərə xidmət göstərəcək.
UNEC və “Absheron Hotel Group” arasında turizm sahəsi üzrə əməkdaşlıq
Almaniyada azərbaycanlı rejissorun filminin təqdimatı keçirilib
Almaniyanın Aşağı Saksoniya vilayətində, Hannover şəhərində fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, rejissor Ələkbər İmanovun çəkdiyi “Tunellblick” (“Tunel görüntüsü)” triller filminin təqdimat mərasimi keçirilib.
Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə birgə elektrik enerjisi təchizatınınkeyfiyyəti müzakirə edilib
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinin gücləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ˝Elektrik enerjisi təchizatının keyfiyyəti˝ adlı seminar keçirilib. “OLAYLAR” Energetika Nazirliyinə istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında “Azərbaycan Respublikasının Kommunal Xidmətlər sektorunda Strateji Yol Xəritəsi üzrə Əməkdaşlıq” barədə 8 sentyabr 2017-ci il tarixində imzalanmış Niyyət Protokolu çərçivəsində baş tutub.
Azərbaycana Asiya və Yaxın Şərq ölkələrindən gələn turistlərin sayı artıb
190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.
Noyabrın 22-dən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.
Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi iddiaçılarla görüşəcək
Noyabrın 24-də Tovuz şəhər Heydər Əliyev Mərkəzində (ünvan: İstiqlal küçəsi 1) Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutuna işləmək üçün müraciət edən iddiaçılarla Agentliyin rəhbərliyi görüş keçirəcək.
Daşınmaz əmlakın təkrar qeydiyyatında mühüm yenilik
Təkrar bazarda daşınmaz əmlakın yeni sahibinin adına çıxarışın alınması proseduru xeyli sadələşib. Vətəndaşlar əmlaklarını, o cümlədən torpaq sahələrini, fərdi evlərini təkrar bazarda qeydiyyata almaq üçün əlavə ünvanlara müraciət etməyəcək. Yeniliyin tətbiqi daşınmaz əmlakın təkrar qeydiyyatı sahəsindəki prosedurları tam olaraq elektronlaşdırıb.

.jpg)



.jpg)
.jpg)

.jpg)

.jpg)



.jpg)