İqtisadiyyat

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkilatçılığı ilə elektrik enerjisi sektorunda islahatlar müzakirə edilib

22 Noyabr 2018 12:28

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinin gücləndirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ˝Elektrik enerjisi sektorunda islahatlar˝ adlı seminar keçirilib.

2019-cu ildə açılacaq yeni dənizkənarı kurort zonası, Portonovi

22 Noyabr 2018 11:51

Noyabrın 22-24-ü tarixlərində, Bakı Ekspo Mərkəzində baş tutacaq "RecExpo Real Estate" IV Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində, Portonovi Monteneqro aparıcı iştirakçılardan biri kimi təmsil ediləcək. “OLAYLAR” xəbər verir ki, Aralıq dənizi regionunun ən gözəl yerlərindən birində - Monteneqroda yerləşən, hər detalı incəliklə işlənmiş, çoxfunksiyalı kurort 2019-cu ildə ilk sakinlərini salamlayacaq.

Yol polisi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

22 Noyabr 2018 11:25

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhükəsizliyin təmin ediməsi məqsədi ilə sürücülərə xəbərdarlıq edib.

Masallı rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib

21 Noyabr 2018 20:51

Noyabrın 21-də Masallı rayonunun Tatyanoba və Güllütəpə kəndlərinə ilk dəfə təbii qaz verilib.

Azərbaycanda ilk kənd təsərrüfatı kooperativi yaradıldı

21 Noyabr 2018 20:01

Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı və Strateji Yol Xəritəsinə uyğun olaraq Sabirabad rayonun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində “Sabirabad rayonu birlik istehsal kooperativi” yaradılıb.

Oğuz rayonunun Muxas kəndinə təbii qaz verilib

21 Noyabr 2018 19:15

Noyabrın 21-də Oğuz rayonunun Muxas kəndinə təbii qaz verilib. “OLAYLAR” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə bildirilib ki, 278 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 min 140 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və paylayıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Turizm sahəsi üzrə əmək yarmarkası keçiriləcək

21 Noyabr 2018 18:29

24 noyabrda DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü, Dövlət Turizm Agentliyinin və Azərbaycan Hotellər Assosiasiyasının təşkilati dəstəyi ilə turizm və qonaqpərvərlik sahəsində ilk ixtisaslaşmış əmək yarmarkası keçiriləcək

Rusiya aeroportlarına məşhur azərbaycanlıların adları verilə bilər

21 Noyabr 2018 18:17

Rusiyada fəaliyyət göstərən 2 hava limanına məşhur azərbaycanlıların adları verilə bilər. Hazırda potensial namizədləri müəyyən etmək üçün onlayn sorğu keçirilir.

Regionların sosial-iqtisadi inkişaf proqramları Masallıda uğurla icra edilir

21 Noyabr 2018 16:09

Regionların sosial-iqtisadi inkiafı ilə bağlı dövlət proqramları bölgələrdə uğurla icra edilməkdədir. Belə ki, dövlət proqramları çərçivəsində ayrı-ayrı şəhər və rayonlarda infrastruktur yenilənir, kommunal sahələrə lazımi investisiyalar yönəldilir.

Gəlir vergisinin ləğvi nə vəd edir?

21 Noyabr 2018 16:06

Gələn il vergi sistemində həyata keçiriləcək islahatlarla bağlı verilən anons cəmiyyət tərəfindən müzakirə edilməkdədir. Xüsusilə, islahatların vergi sistemində hansı sferaları əhatə edəcəyi ilə bağlı iqtisadçılar tərəfindən müxtəlif proqnozlar səsləndirilir.

TANAP və TAP birləşdirilib

21 Noyabr 2018 15:48