Çinin İpəkçilik İnstitutunun nümayəndələri ADAU-da olublar

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Çin Xalq Respublikasının müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri genişlənir. Bu əlaqələr çərçivəsində qeyd olunan ölkənin Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyasının İpəkçilik İnstitutunun diektor müavini xanım Vang Xiangyunun rəhbərlik etdiyi nümayəndə heyəti ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərinin müzakirə olunması məqsədilə universitetə səfər ediblər.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Çin Xalq Respublikasının müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri genişlənir. Bu əlaqələr çərçivəsində qeyd olunan ölkənin Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyasının İpəkçilik İnstitutunun diektor müavini  xanım Vang Xiangyunun rəhbərlik etdiyi nümayəndə heyəti  ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərinin müzakirə olunması məqsədilə universitetə səfər ediblər.  Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, qonaqları qəbul edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetin tarixi, müasir vəziyyəti, aqrar təhsilə dövlət qayğısı, beynəlxalq əməkdaşlıq, o cümlədən Çin Xalq Respublikasının ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqələr, müəllim və tələbə mübadiləsi, ipəkçilik sahəsində mütəxəssis hazırlığı və elmi araşdırmaların aparılması barədə danışıb. Rektor həmçinin Çin Xalq Respublikasının Bakıdakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində son illərdə universitetin 40-a yaxın əməkdaşın qeyd olunan ölkədə keçirilən təlimlərdə iştirak etməsi, ADAU-nun mühəndislik fakültəsində kompyuterlərlə təchiz olunmuş xüsusi audi­toriya­nın yaradılması, ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cə­nab­ Vey Cinhuanın universitetə səfərini qonaqların nəzərinə çatdırıb.

Xanım Vang Xiangyu qəbula görə nümayəndə heyəti adından rektora dərin təşəkkürünü bildirərək ADAU ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi, ipəkçilik sahəsində birgə elmi-tədqiqat işlərinin və kadr hazırlığının aparılmasının prioritet istiqamətlərindən danışıb. Görüşdən sonra qonaqlar universitetin maddi-texniki bazası, auditoriyaları, tələbə evləri, mərkəzləri, laboratoriyaları, o cümlədən ipəkçilik laboratoriyası ilə yaxından tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31