Bal satışı məqsədilə kompleks müəssisə tikilib
Türkiyə respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Türk İşbirliyi Koordinasiya Agentliyinin (TİKA) və “Dağ Arıçıları” İctimai Birliyinin sədri, Qubadlı rayon sakini, arıçılıq üzrə mütəxəssis Yusif Quliyevin birgə köməkliyi ilə Sumqayıt şəhəri,
29 Noyabr 2018 14:44 İqtisadiyyatTürkiyə respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, Türk İşbirliyi Koordinasiya Agentliyinin (TİKA) və "Dağ Arıçıları" İctimai Birliyinin sədri, Qubadlı rayon sakini, arıçılıq üzrə mütəxəssis Yusif Quliyevin birgə köməkliyi ilə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində bal və bal məhsullarının qablaşdırılması və satışının təşkili məqsədi ilə kompleks müəssisə tikilib. "Olaylar" xəbər verir ki, noyabrın 29-da qeyd olunan müəssisənin açılışı olub. Açılışda Türkiyə səfiri, TİKA-nın rəhbərliyi, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin, Dövlət Aqrar Ticarət şirkətinin, Ailə Biznesinə ASAN Dəstək (ABAD) Publik Hüquqi şəxsin əməkdaşları, arıçılar və digər nümayəndələr iştirak ediblər.