Xeyriyə adı ilə yığılan pulu qumarda uduzdu
29 Noyabr 2018 13:52 SərgilərHollandiyada, travma keçirmiş uşaqların xəyallarını reallaşdırmaq məqsədiylə 800 min avronu qumarxanalarda xərcləyən dərnək başçısı həbs edilib.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılan şəxs, zədə keçirmiş uşaqların xəyallarını reallaşdırmaq məqsədiylə qurulan "Droom Wens" vəqfinin sədridir. 61 yaşındakı sədr toplanan 800 min avronu qumarxanalar, internet üzərindəki virtual qumar saytlarında xərcləyib.
Maliyyə müfəttişlərinin araşdırmasına görə, yığılan pulun sadəcə yüzdə 10-u ehtiyac sahibi uşaqlar üçün istifadə edilib.
Fondun internet saytı, prokurorluğun qərarı ilə bağladılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31