Nazirlik yeni dövlət istiqrazlarını yerləşdirib
27 noyabr 2018-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0106018697 ISIN kodlu, tədavül müddəti 1092 gün olan 30.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
28 Noyabr 2018 15:39 İqtisadiyyat27 noyabr 2018-ci il tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0106018697 ISIN kodlu, tədavül müddəti 1092 gün olan 30.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib. "Olaylar" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, AZ0106018697 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 31.8 milyon manat təşkil etmişdir. Maliyyə Nazirliyi tərəfindən 20.2 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.0274 (gəlirlilik 9.000%) səviyyəsində müəyyən edilmişdir. İstiqrazların ödəmə müddəti 23 noyabr 2021-ci ildir