Növbəti ixrac missiyası Almaniyaya gedib

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Almaniya Ferderativ Respublikasının Berlin şəhərinə ixrac missiyası təşkil olunub. Nazirlikdən "Olaylar"a bildirilib ki, qida məhsulları, tekstil və mebel sənayesi sahələrində fəaliyyət göstərən 28 yerli şirkətin daxil olduğu ixrac missiyası çərçivəsində Azərbaycan və alman  iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan məhsullarının Almaniyaya ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq. İxrac missiyası  27-30 noyabr tarixlərini əhatə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31