İqtisadiyyat
Gədəbəyin səkkiz yaşayış məntəqəsinə təbii qaz verilib
Gədəbəy rayonunun Şınıx bölgəsində Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə eləcə də rayonun Çaldaş və Səbətkeçməz kəndlərinə təbii qaz verilib. “OLAYLAR”-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, Bu məqsədlə keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 720 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 64 min 451 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Qoşqar Təhməzli USAID-in nümayəndə heyəti ilə görüşüb
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndə heyəti ilə görüşüb. Agentlikdən “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə USAID-in Azərbaycan üzrə yeni missiya direktoru Caydev Sinqx, İdarəçilik və iqtisadi dayanıqlılıq ofisinin direktoru Aylin Loules iştirak edib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədri nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Həmçinin, tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Üç dərman şirkəti birləşdi - "Zəfəran" Şəbəkəsinin sahibi ləğv edildi
Vergi güzəştləri qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək
100-dən çox gömrük əməkdaşı işdən azad edilib
2018-ci ildə Dövlət Gömrük Komitəsi (DGK) korrupsiya faktı ilə əlaqədar 100-dən çox əməkdaşı işdən azad edib.
Azərbaycanın ilk milli saat markası təqdim olundu
Xaçmazda bağçılığa dair sərgi-konfrans keçirilib
Dekabrın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində bağçılıq sahəsində qabaqcıl təcrübənin və bu sahənin inkişafına göstərilən dövlət dəstəyi mexanizmlərinin sahibkarlara çatdırılması, eləcə də istehsal, emal, saxlanma və logistika üzrə dəyər zəncirinin yaradılması məsələlərinə həsr olunmuş regional sərgi-konfrans keçirilib.
Dekabrın 19-na manatın məzənnəsi
BP və Energetika Nazirliyi Anlaşma Memorandumu imzalatıb
Azərbaycan sahibkarlarının bir nömrəli himayədarı
Artıq uzun illərdir ki, Azərbaycan öz uğurlu inkişaf yolunu keçir. Bütün istiqamətlərdə qeydə alınan müsbət dinamika ölkə iqtisadiyyatının sürətli şəkildə inkişafına zəmin yaradır. Təbii ki, əldə edilən nailiyyətlər, uğurları şərtləndirən başlıca amil isə düzgün idarəçilik və həyata keçirilən məqsədyönlü siyasətdir. Xüsusilə son 15 ildə həyata keçirilən uğurlu siyasət Azərbaycanın hərtərəfli inkişafına imkan yaradıb.
İl ərzində müsbət dinamika proqnoz göstəricilərini də üstələyib
Artıq 2018-ci il başa çatmaq üzrədir. Başa burmaqda olduğumuz il ərzində ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında baş verənlərə diqqətlə nəzər salsaq aydın şəkildə görə bilərik ki, cari il bütün istiqamətlərdə ölkəmiz üçün uğurlu olub. O cümlədən xarici ticarətdə də 2018-ci il müsbət dinamika ilə yadda qalıb. İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, başa çatmaqda olan ilin yanvar-noyabr ayları ərzində ölkəmizin xarici ticarət əməliyyatları üzrə dövriyyəsi 28 milyard 214 milyon 292 min ABŞ dolları təşkil edib.
Dövlət proqramları nəticəsində ölkədə aqroparkların yaradılmasına başlanılıb
Ticarət əməliyyatlarının həcmi artıb
Əhalinin banklardakı əmanətləri artıb
Azercell diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır
Fəaliyyətində müştəri məmnuniyyətinə böyük önəm verən və abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərən Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom “ MMC diler və xidmət şəbəkəsini daim təkmilləşdirir və inkişaf etdirir. Göstərilən xidmət növündən asılı olmayaraq istifadəçilərin məmnunluğu və şirkətin məhsullarına qarşı loyallığı istehlakçılarla münasibətlərin daha dayanıqlı modelinin qurulmasında müstəsna əhəmiyyət daşıyır.
.jpg)
_(1).jpg)





.jpg)
.jpg)





