İqtisadiyyat

Azercell diler və eksklüziv mağazalarında xidmət keyfiyyətini artırır

17 Dekabr 2018 18:39

Fəaliyyətində müştəri məmnuniyyətinə böyük önəm verən və abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərən Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom “ MMC diler və xidmət şəbəkəsini daim təkmilləşdirir və inkişaf etdirir. Göstərilən xidmət növündən asılı olmayaraq istifadəçilərin məmnunluğu və şirkətin məhsullarına qarşı loyallığı istehlakçılarla münasibətlərin daha dayanıqlı modelinin qurulmasında müstəsna əhəmiyyət daşıyır.

DYP-dən yararsız avtomobillərlə yük daşıyanlara xəbərdarlıq

17 Dekabr 2018 15:46

Son günlər minik avtomobilləri ilə yükdaşıma fəaliyyəti göstərən və istismara yararsız nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən törədilən yol nəqliyyat hadisələri və digər xoşagəlməz hallar çoxalıb. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bəzi məqamları həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin və digər hərəkət iştirakçılarının diqqətinə çatdırır. İdarədən verilən məlumata görə, son bir həftə ərzində bu cür nəqliyyat vasitələrini idarə edən onlarla sürücü barəsində inzibati protokol tərtib olunub. Bir neçə nəqliyyat vasitəsi istismara yararsız olduğu üçün cərimə meydançasına aparılıb.

ASK-nın qurultayı keçiriləcək

17 Dekabr 2018 15:38

Gələn il avtomobillərin qiymətindəki artım sürətlənəcək

17 Dekabr 2018 15:36

Vüqar Bayramov: “Mühərrik gücü böyük olanlarda daha yüksək vergi artımları nəzərdə tutulur”

Məcburi köçkünlərin mal-qaralarına baytarlıq baxışı keçirilib

17 Dekabr 2018 15:22

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Qubadlı Rayon Baytarlıq İdarəsinin səyyar baytar həkim briqadası tərəfindən qubadlıdan olan məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir.

Daha 76 dövlət əmlakı hərraca çıxarılıb

17 Dekabr 2018 15:14

Əmlak Məsələləri Dövlət Komitəsi təşkil etdiyi növbəti hərraclardan biri 22 yanvar tarixində keçiriləcək. Komitədən “Olaylar”a bildirilib ki, bu dəfə hərraca ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 20-si qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir.

“Azəriqaz” abonentlərin işini asanlaşdırır

17 Dekabr 2018 14:46

Dekabrın 17-dən etibarən Səyyar ASAN xidmət çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Abşeron rayonunun Masazır qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir.

Dayanma durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirləri görülür

17 Dekabr 2018 14:05

Artıq bir müddətdir ki, ölkə başçısı cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən paytaxtın inzibati ərazisində dayanma və durma qaydalarını pozan sürücülərə qarşı Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən inzibati tənbeh tədbirləri görülür. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki,