Sahibkarlıq sahəsində aparılacaq yoxlamaların siyahısı artırılır
Gömrük auditi sahibkarlıq sahəsində aparılacaq yoxlamaların siyahısına daxil edilir. “Olaylar”ın məlumatına görə, bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik təklif olunur.
27 Dekabr 2018 14:11 İqtisadiyyatGömrük auditi sahibkarlıq sahəsində aparılacaq yoxlamaların siyahısına daxil edilir. "Olaylar"ın məlumatına görə, bununla bağlı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik təklif olunur. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla , Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.Təklif olunan dəyişikliyə əsasən, həmin istisnaya gömrük auditi də əlavə olunur. Bununla da səlahiyyətli qurumlar xarici ticarət dövriyyəsində şəffaflığın təmin edilməsi, dövlət büdcəsinə ödənilməli vergi və gömrük rüsumlarının tam təmin edilməsi məqsədilə gömrük auditini maneəsiz həyata keçirə biləcəklər. Qanuna dəyişiklik Milli Məclisin dekabrın 28-də keçiriləcək iclasında müzakirə olunacaq.