Azərbaycan-Tacikistan iqtisadi əlaqələri müzakirə edilib

İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tacikistanda səfərdə olub.

İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tacikistanda səfərdə olub. "Olaylar" xəbər verir ki, nümayəndə heyətinə "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin, Dövlət Neft Şirkətinin, Azərbaycan Sənaye Korporasiyasının rəhbər şəxsləri daxildir. Səfər zamanı Azərbaycan nümayəndə heyəti Tacikistanın Baş naziri Koxir Rəsulzadə ilə görüşüb. Görüşdə nümayəndə heyətinin rəhbəri Şahin Mustafayev Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, ticarət əlaqələrimiz inkişaf edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, ölkələrimiz arasında Hökumətlərarası Komissiya fəaliyyət göstərir, birgə tədbirlər təşkil edilir. İndiyədək Azərbaycan və Tacikistan arasında 60-a yaxın sənəd imzalanıb. 2018-ci ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsi 3,1 dəfə artıb. Nazir Şahin Mustafayev iqtisadi-ticarət əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu vurğulayaraq sənaye, kənd təsərrüfatı, ticarət, investisiya, İKT, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişafı perspektivlərini vurğulayıb.Tacikistanın Baş naziri Koxir Rəsulzadə Azərbaycan nümayəndə heyətinin Tacikistana səfərinin, aparılan müzakirələrin Azərbaycan-Tacikistan əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. Görüşdə Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığının genişləndirilməsi istiqamətləri müzakirə edilib.Sonra Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Tacikistanın İqtisadi İnkişaf və Ticarət naziri Neymətulla Hikmətullazadə ilə görüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31