İqtisadiyyat
Səlahiyyətli qurumlar gömrük auditi keçirə biləcəklər
Milli Məclisin iclasında 2019-cu il fevralın 1-dən səlahiyyətli qurumların gömrük auditini həyata keçirə bilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi müzakirəyə çıxarılıb.“Olaylar”ın məlumatına görə, bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında səsverməyə qoyulub.
Əlvan və qara metal tullantılarının qəbulu ilə bağlı tələblər sərtləşdirilir
Azərbaycanda əlvan və qara metal tullantılarının qəbulu ilə bağlı tələblər sərtləşdirilir.“Olaylar”ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir.
Xaricdə ən populyar Azərbaycan məhsulu məlum oldu
Retro qatarlar yenidən xəttə çıxarılacaq
Gələn ildən pensiyalar hansı qaydada hesablanacaq?
Gələn ay pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunacaq. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək. Bu ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.
2018-ci il ərzində Texniki Şuralar vasitəsilə 2037 müraciətə baxılıb
2018-ci ilin dekabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinəsahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə118müraciət daxil olub və icrası təmin edilib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, dekabr ayı üzrə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 1352,57 kVt güc sifariş edilib və 291804,98 AZN qoşulma haqqı ödənilib.
Ukraynada prezident seçkiləri kampaniyası dekabrın 31-də başlayır
Ölkənin lider mobil operatoru şəbəkəsinin imkanlarını genişləndirir və gücləndirir
Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan Azercell Telekom abunəçiləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək və rəqəmsal dünyanın ən son yeniliklərinin ölkədə tətbiqinə hazır olmaq üçün şəbəkənin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi və təqdim olunan internet xidmətinin sürətinin daha da artırılması istiqamətində bir sıra mühüm addımlar atıb. 14-15 dekabr tarixlərində Abunəçi Məlumatlarının Mərkəzləşdirilməsi layihəsi (UDC) uğurla tamamlandı. Bir neçə mürəkkəb mərhələni özündə biləşdirən UDC layihəsi Azercell şirkətinin texnoloji cəhətdən davamlı inkişafının göstəricilərindən biridir. Qeyd edilən tarixlərdə, həmçinin məlumat strukturumuzun gücləndirilməsi zəminində HLR Miqrasiyası prosesi müvəffəqiyyətlə yerinə yetirildi. Paralel şəkildə internet ötürücülüyünün artırılması məqsədilə Paket-kommutasiya şəbəkəsinin genişləndirilməsi işləri də uğurla icra olundu.
AQTA şimal zonasında görüş keçirib
Dekabrın 27-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Xaçmaz şəhərində olub. AQTA-dan “OLAYLAR”-a bildirilib ki, əvvəlcə Agentliyin sədr müavini və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Xaçmaz Regional Sınaq Laboratoriyasının açılışında iştirak ediblər.
Dekabrın 28-nə manatın məzənnəsi
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Qida təhlükəsizliyinin təmin olunmasına dair Dövlət Proqramı layihələrinin hazırlanması üzərində iş başa çatıb
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 1235 nömrəli “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələrək “Qida Təhlükəsizliyi haqqında” Qanun və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018–2025-ci illər üzrə Dövlət Proqramı” layihələrinin hazırlanması üzərində iş başa çatıb.
Müasir ət satışı məntəqəsi fəaliyyətə başlayır
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraqQida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə müasir heyvan kəsimi və satışı məntəqələrinin təşkili davam etdirilir. “OLAYLAR”-a AQTA-dan daxil olan məlumata görə, bu istiqamətdə yeni ət satışı məntəqəsi Bakı şəhəri, Nizami rayonu ünvanında fəaliyyətə başlayıb. 30-a yaxın sahibkarın ət satışı fəaliyyətini həyata keçirəcə biləcəyi məntəqə əhaliningündəlik ət tələbatının 4 tonunu ödəmək gücündədir. Bu kimiət satışı məntəqələrinin yaxın gələcəkdə Binəqədi və Yasamal rayonlarında açılması nəzərdə tutulur.









.jpg)
.jpg)


