İqtisadiyyat
AQTA şimal zonasında görüş keçirib
Dekabrın 27-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Xaçmaz şəhərində olub. AQTA-dan “OLAYLAR”-a bildirilib ki, əvvəlcə Agentliyin sədr müavini və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Xaçmaz Regional Sınaq Laboratoriyasının açılışında iştirak ediblər.
Dekabrın 28-nə manatın məzənnəsi
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Qida təhlükəsizliyinin təmin olunmasına dair Dövlət Proqramı layihələrinin hazırlanması üzərində iş başa çatıb
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 1235 nömrəli “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından irəli gələrək “Qida Təhlükəsizliyi haqqında” Qanun və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018–2025-ci illər üzrə Dövlət Proqramı” layihələrinin hazırlanması üzərində iş başa çatıb.
Müasir ət satışı məntəqəsi fəaliyyətə başlayır
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraqQida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə müasir heyvan kəsimi və satışı məntəqələrinin təşkili davam etdirilir. “OLAYLAR”-a AQTA-dan daxil olan məlumata görə, bu istiqamətdə yeni ət satışı məntəqəsi Bakı şəhəri, Nizami rayonu ünvanında fəaliyyətə başlayıb. 30-a yaxın sahibkarın ət satışı fəaliyyətini həyata keçirəcə biləcəyi məntəqə əhaliningündəlik ət tələbatının 4 tonunu ödəmək gücündədir. Bu kimiət satışı məntəqələrinin yaxın gələcəkdə Binəqədi və Yasamal rayonlarında açılması nəzərdə tutulur.
Sahibkarlıq sahəsində aparılacaq yoxlamaların siyahısı artırılır
Gömrük auditi sahibkarlıq sahəsində aparılacaq yoxlamaların siyahısına daxil edilir. “Olaylar”ın məlumatına görə, bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik təklif olunur.
2018-ci ildə Energetika Nazirliyinin 4 xidməti elektronlaşıb
2018-ci ildə Energetika Nazirliyinin mövcud “Elektron xidmətlər” portalı yenidən işlənərək istifadəyə verilib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu dövrdə nazirlik tərəfindən həyata keçirilən 4 xidmət tam elektronlaşıb və nazirliyin “Elektron xidmətlər”portalında yerləşdirilib. Bura "İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu”, “İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu”, “Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”və “Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətləri daxildir.
Azercell-in dəstəyi ilə “Barama Regional Sahibkarlıq Konfransı" baş tutub
"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə sahibkarlığın inkişafı, həmçinin uğurlu biznes mühitinin yaradılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Gənc startapçılara yardımçı olmaq məqsədilə indiyə qədər çoxsaylı layihələr həyata keçirən Mərkəz bu dəfə Gəncə şəhərində Azercell və PAŞA Bankın
Bakcell bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell xüsusi olaraq ölkənin regionlarında yaşayan abunəçilər üçün nəzərdə tutulan yeni təklif hazırlayıb. Abunəçiləri daha rahat, münasib və əlverişli rabitə xidmətləri ilə təmin etmək məqsədilə təqdim olunan eksklüziv paket sayəsində abunəçilər istədikləri qədər danışa biləcəklər.
.jpg)
.jpg)



.jpg)
.jpg)

.jpg)


.jpg)
.jpg)

