İqtisadiyyat

Nobel prospektində çökmənin səbəbi məlum olub

3 Yanvar 2019 14:22

Nobel prospektində çökmə baş verən kimi dərhal əraziyə AAYDA-nin əməkdaşları cəlb olunaraq çökmənin səbəbləri araşdırılmağa başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, aidiyyəti qurumların mütəxəssislərinin də cəlb olunduğu araşdırma zamanı yolun altında qrunt sularının axıntısı müəyyən edilib. Ehtimal olunur ki, qrunt suları 24 metr dərinlikdən keçən kanalizasiya kollektoruna axır. Axıntı zamanı sular özü ilə bərabər torpağı da yuyub apardığı üçün yolda çökmə baş verib.

2000-dək mühəndis-pedaqoji heyətin aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb

3 Yanvar 2019 13:41

2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirilməsi aparılan 2000-dək mühəndis-pedaqoji heyətin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyi yayıb.

Daha iki istiqamətdə nəqliyyatın sıxlığı azalıb

3 Yanvar 2019 13:36

Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişmələrində aparılan təhlillərin nəticəsində hazırlanan layihənin icrası sayəsində kəsişmədə nəqliyyat sıxlığı azalıb və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib.

Ölkəmizdə qeyri-neft sektoru potensialı çox böyükdür

3 Yanvar 2019 13:33

Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi bu potensialı reallaşdırmaq üçün unikal şanslar yaradıb

Alqı-satqı müqaviləsinin şərtlərini kim diktə edir?

3 Yanvar 2019 12:52

Müqavilədəki müddəalar istehlakçının ziyanına ola bilər

Azərbaycan-Tacikistan iqtisadi əlaqələri müzakirə edilib

28 Dekabr 2018 16:00

İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tacikistanda səfərdə olub.