Dubayda “Azərbaycan Ticarət Evi” açılıb

Yanvarın 15-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən məşhur “The Mall” Ticarət Mərkəzində “Azərbaycan Ticarət Evi” açılıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazirlik tərəfindən yaradılmış “Azərbaycan Ticarət Evi” “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın BƏƏ-də satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Yanvarın 15-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən məşhur "The Mall" Ticarət Mərkəzində "Azərbaycan Ticarət Evi" açılıb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə,  nazirlik tərəfindən yaradılmış "Azərbaycan Ticarət Evi" "Made in Azerbaijan" brendinin BƏƏ bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın BƏƏ-də satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə 33 Azərbaycan şirkətinin istehsal etdiyi 600-dan artıq məhsul, o cümlədən meyvə və tərəvəzlər, quru meyvələr, fındıq, çay, mürəbbə, meyvə şirələri, mineral sular, limonadlar, konserv məhsulları, bitki yağları, süd və süd məhsulları, qənnadı məmulatları, kosmetik məhsullar və s. nümayiş olunur. Ticarət Evində Azərbaycanın zəngin mətbəxini təqdim edən restoran da fəaliyyət göstərir. "Azərbaycan Ticarət Evi"nin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, BƏƏ-nin rəsmi şəxsləri və iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev BƏƏ-də Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin, BƏƏ-də Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri uğurla inkişaf edir. Nazir qeyd edib ki, Azərbaycanın xarici ölkələr üzrə ilk ticarət nümayəndələrindən biri də məhz Birləşmiş Ərəb Əmirliklərinə təyin edilib, 2017-ci və 2018-ci illərdə Dubay, Əbu-Dabi və Şarja şəhərlərinə ixrac missiyaları təşkil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31