Aksiz markası olmayan spirtli içkilər aşkarlanıb
16 Yanvar 2019 16:16 İqtisadiyyatQərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan Respublikası vətəndaşına məxsus "Mercedes-Benz E270" markalı nəqliyyat vasitəsində aksiz markasız spirtli içkilərin olduğu barədə məlumat daxil olub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, həmin avtomobil Ağcabədi rayonu istiqamətində hərəkət edərkən Şəmkir rayonunda saxlanılıb və gömrük baxışı keçirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib. Baxış zamanı avtomobilin salonunda sellofan torbaların içərisində üzərində aksiz markası olmayan, "Nemirovskaya osobaya" yazısı olan 28 ədəd 1 litrlik spirtli içkilər aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31