Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək
15 Yanvar 2019 16:29 İqtisadiyyat26-27 yanvar 2019 - cu il tarixdə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən Dubay International Oteldə V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcəkdir. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, konfransın əsas məqsədi arı xəstəliklərinin qarşısını almaq, arıçılıqda məhsuldarlığı artırmaq və arıçıların öz məhsullarını yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdır. Konfransda Almaniya, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstandan olan elm adamları öz təcrübələrini yerli arıçılarla bölüşəcəklər. Konfransda, həmçinin müvafiq dövlət orqanlarının, ictimai birliklərin nümayəndələri və iş adamları da iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31